"İsraildə baş tutmuş ilk matçda nə baş verdiyini izah etmək çətindir. 0-4 hesabına bəraət qazandırmaq niyyətim yoxdu. Amma bu məğlubiyyətin əvəzini çıxmaq üçün gözəl şansımız var". Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin futbolçusu Flavinyo deyib.
Braziliyalı oyunçu sabah Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Hapoel”lə (Kiryat Şmona) cavab matçı öncəsi fikirlərini klubun rəsmi saytına bildirib:
"Komanda olaraq ümidimizi itirməmişik və qələbəyə köklənmişik. Onu da deyim ki, "Hapoel" Kiryat-Şmona ilə cavab oyununda azarkeş dəstəyinə daha çox ehtiyacımız var. İnanıram ki, onlar bizi bu qarşılaşmada tək qoymayacaqlar və fürsətdən istifadə edib bütün neftçisevərləri bizi dəstəkləməyə çağırıram".
