"Qızıl dubl" edən "Neftçi" "Fənərbağça"nın sabiq futbolçuları Aleks de Souza və Deyvidlə güclənə bilər.
Korner.az-ın əldə etdiyi məlumata görə, braziliyalı ulduz futbolçuların agentləri artıq Azərbaycan çempionuna müştərilərinin xidmətini təklif ediblər.
Yaxın günlərdə məsələyə tam aydınlıq gələcək
Qeyd edək ki, Aleks 2004-2012-ci illər aralığında, Deyvid isə 2006-2010-cu illərdə "Fənər" forması ilə Türkiyə çempionatında çıxış ediblər və hazırda hər ikisi "Koritiba"nın uğurları üçün tər tökürlər.