Futbol üzrə Hindistan çempionatında maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, “Moxun Baqan” və “Peylan Errouz” komandaları arasında keçirilmiş oyunun ardından meydanda 10-dan çox zəhərli ilan peyda olub.
Xəsarət alan olmasa da, meydan sahibi komandanın futbolçusu Rəhim Nəbi bildirib ki, Kalyani arenasında oynamaq onun üçün qorxulu olacaq.
İlanların fəllaşmasına səbəb kimi havaların qızması göstərilir.
