Türkiyənin Bolu şəhərində yeni mövsüm hazırlıqlarını
davam etdirən “Neftçi” bu gündən tam heyətlə
məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, 5 futbolçu – Flavio Aleks Valensio, Karlos Kardoso,Bruno Bertuççi,Elvin Yunuszadə və Ernest Nfor hazırlığa dünən qoşulublar.
Qeyd edək ki, “Neftçi” bu
gün 18:30-da keçirəcəyi
yoxlama matçında Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq.