“Flamenqo”da ayrılıq: Filipe Luis postundan getdi
03.03.2026 , 12:17
Braziliyanın ”Flamenqo” klubunda baş məşqçi dəyişikliyi baş verib.
Korner.az xəbər verir ki, komanda Filipe Luis ilə əməkdaşlığa son qoyub.
Xarici KİV yazır ki, mütəxəssisin istefası Karioka Liqasında “Madureyra” ilə oyundan öncə qərarlaşdırılıb.
Sözügedən matçda “Flamenqo” rəqibini 8:0 hesabı ilə darmadağın edib. Qarşılaşmadan sonra isə ayrılıq rəsmən elan olunub.
Xatırladaq ki, Filipe Luis 2024-cü ildən komandaya rəhbərlik edirdi.