"Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanovun Korner.az saytına müsahibəsi
– "İnter"lə dramatik qarşılaşmadan məğlub ayrıldınız. Bu oyunla bağlı fikirlərini bilmək istəyərdim.
Bu oyuna ancaq qələbə qazanmaq üçün çıxmışdıq. Bizə qələbə vacib lazım idi. Amma erkən qol buraxmağımız qələbə qazanmağımıza mane oldu.
– Bu dəfə də oyuna sonrada daxil olsan da, qol vurmağı bacardın. Özünü əsas heyətdə görürsən?
Məsləhət məşqçinindi. O, məni meydana buraxdı. Şükürlər olsun ki, mən də onun etimadını doğrultdum.
– "İlk altılıq" şanslarınızı necə dəyərləndirirsən?
Qabaqda hələ üç oyunumuz var. İnşallah, o oyunlardan maksimum xal alıb altılığa düşəcəyimizə inanıram.
– Gələn tur öz meydanınızda "Turan"ı qəbul edəcəksiz.
Bu oyun haqqında çox fikirləşməyəcəyik. Çünki bizi ancaq və ancaq qələbə qane edir. O da, inşallah, olacaq. Bu oyunda rahat qələbə qazanacağımıza inanıram.
– Bu il çoxları komandanızın çempion olmayacağını deyir. Səncə, şans qalır?
Dünyada heç vaxt ağlına gəlməyən şey başına gələ bilər. Hər şey Allahın əlindədir. Ona görə də əlimizi çempionluqdan üzmürük.
– Sənin AFFA ilə problemin olduğu deyilir. Buna görə də milli komandaya çağırılmırsan. Bu barədə nə deyə bilərsən?
Heç kimlə problemim yoxdu. Məni indi də U-21-ə çağırırlar. Amma əsgərlik məsələm olduğu üçün ölkə xaricinə çıxa bilmirəm. Hər toplanışa çağırırlar.
– Əsgərlik məsələn həll olunduqdan sonra Lənkərandan ayrılacağın deyilir.
Xeyr, mənim bu klubla 2 illik müqaviləm var. İnşallah, hələ ki burdayam. Mənə burda göstərilən etimaddan çox razıyam.
Adil Mirzəzadə