Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Lənkəranda keçiriləcək "Xəzər Lənkəran" – "Sliema" matçına maraq böyükdür.
Korner.az-ın məlumatına görə, artıq "Fırtına" fan klubu da Cənub şəhərinə, doğma komandalarına azarkeşlik etmək üçün sabah yola düşəcək. Fan klubun yaradıcılarından olan Hafiz Veravullu saytımıza açıqlamasında bunları dedi:
"Sabahkı oyunda 80-100 arası üzvümüz olacaq. Sabah saat 8:00-da avtobusumuz Bakıdan çıxacaq. Əksər üzvlərimiz bizə Lənkəranda qoşulacaq. Tətil olduğundan əksər fanatlarımız ordadı.
Keçən il banner və fakellərlə əlaqədar bizə problem yaşatdılar. Avroliqa oyununda cəmi 8 bannerdən yarısını aça bildik. İcazə vermədilər açmağa. Bundan əlavə fakellər yandıra bilmədik. Fakelləri yandırdıqdan sonra az qala FHN-nin işçilərini töküb, söndürsünlər. Məhz bundan sonra bəzi azarkeşlərimizə bu təsir etdi və qərara aldıq ki, bu kimi şeyləri planlaşdırmayaq".
