Luis Fiqo 2000-ci ildə böyük rezonansa səbəb olan “Barselona”dan “Real”a transferi barədə danışıb.
Korner.az-ın məlumatına görə, bunu futbolçu “Cadena Ser” radiosuna müsahibəsində deyib.
O, bildirib ki:
“Bunu gözləyirdim. Mətbuat azarkeşləri daha da təxribata çəkir. Sanki hamı müqaddəsdir, ancaq Fiqo günahkardır. Çox çətin mövsüm idi. Bu vəziyyətə nə dərəcədə hazır olduğumu bilmirdim. “Barselona”nın prezidenti “Pul gətir, sonra gedə bilərsən” – dedi. Bu məsələdə nə günahkar, nə də qurban axtarıram”.
