Avropa liqası

Fiqo azarkeşlərə səsləndi: “Finalı qaçırmayın!”

24.05.2019 , 17:47

Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə bağlı çağırış edib.

46 yaşlı veteran yarımmüdafiəçi həlledici görüşü izləmək üçün Azərbaycana gələcəyini söyləyib:

“Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”.

Xatırladaq ki, Avroliqanın finalı mayın 29-da Bakı Olimpiya Stadionunda “Arsenal” və “Çelsi” arasında keçiriləcək keçiriləcək. (qol.az)

Son yazılar

Yuxarı