"Mən inanıram və hiss edirəm ki, biz bu il Avroliqanın qalibi olacağıq".
Korner.az xəbər verir ki, bu sözləri SKY İTALİA kanalına müsahibəsində Luis Fiqo deyib.
Onun sözlərinə görə, İtaliyada daima Çempionlar Liqasında iştirak edib və bu yarışda qalib gəlmək daha prestijli sayılıb. Buna mədəni irs kimi baxan Luis əsas hədəflərinin bu il Avroliqa, növbəti mövsüm isə ÇL olduğunu bildirib.
"Düşdüyümüz qrupa məntiqi olaraq yanaşsaq, çox çətin qrupda yer aldığımızı söyləmək olar. Ancaq mən çox ciddi çətinliklə üzləşəcəyimizi sanmıram ", – deyə o, fikrini yekunlaşdırıb.
