“Fiorentina”nın iki futbolçusu ən yaxşılar arasında
19.05.2023 , 10:42

Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Korner.az xəbər verir ki, namizədlər arasında “Fiorentina”dan Nikolas Qonsales və Kristian Biraqi, “Vest Hem”dən Deklan Rays, “Alkmaar”dan isə Tiyyani Reynders yer alıb.
Qalib UEFA-nın saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
