“Fiorentina”dan “Kalyari”yə
18.01.2021 , 20:59

İtaliyanın “Kalyari” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, A seriyası təmsilçisi “Fiorentina”nın yarımmüdafiəçisi Alfred Dunkanın heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı qanalı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb.
