“Fiorentina”dan 10 milyonluq transfer
16.07.2023 , 13:16

“Fiorentina” növbəti transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, klub “Empoli”nin sol cinah müdafiəçisi Fabiano Parisini heyətinə qatıb.
22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bu keçid “Fiorentina”ya 10 milyon avroya başa gəlib.
