“Fiorentina”da daha 3 nəfərdə virus aşkarlandı
14.03.2020 , 20:59

İtaliyanın “Fiorentina” klubunda daha üç nəfərdə koronavirus aşkarlanıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumatda, komandanın futbolçuları Patrik Kutrone, German Pesselya, eyni zamanda, fizioterapist Stefano Daynellidə virus aşkarlandığı deyilir.
Daha əvvəl komandanın digər futbolçusu Duşan Vlahoviçin də virusa yoluxduğu açıqlanmışdı.
