“Fiorentina” onu satdı
30.05.2023 , 21:17
“Fiorentina” yarımmüdafiəçisi Yussef Malehi A Seriyasının digər təmsilçisi “Leççe”yə satıb.
Korner.az xəbər verir ki, 24 yaşlı futbolçunu bu ilin əvvəlində icarəyə götürən “Leççe” onun transfer hüquqlarını da alıb.
A Seriyası təmsilçisi bunun üçün “Fiorentina”ya 5.5 milyon avro ödəyib.
Maleh yanvardan bəri oynadığı “Leççe”də 16 oyun keçirib. O, “Fiorentina”da da 45 oyun keçirib, 3 qola imza atıb.