“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Fiorentina” iştirak ərizəsini UEFA-ya təqdim edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, siyahıda aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçılar: Bartomel Dronqovski, Çiprian Teteruşanu
Müdafiəçilər: David Astori, Milan Badel, Sebastyan de Mayo, Xrvoe Miliç, Xavyer Rodriqes, Karlos Salsedo, Nenad Tomoviç,
Yarımmüdafiəçilər: Sebastyan Kristiforo, Yosip İliçiç, Ruben Olivera, Karlos Sançes, Borxa Valero, Matias Vesino,
Hücumçular: Nikola Kaliniç, Kristian Tello, Mauro Sarate, Kuma Babakar, Federiko Bernardeski
Qeyd edək ki, “Qarabağ” “Fiorentina”ya qarşı ilk oyununu sentyabrın 29-u səfərdə keçirəcək. Ağdam klubu dekabrın 8-i isə “Fiorentina”nı Bakıda qəbul edəcək.
