İtaliya A Seriyasında XV turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Fiorentina” öz meydanında “Palermo” ilə qarşılaşıb.
Görüş Florensiya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Fiorentina” – “Palermo” – 2:1
Qol: Bernardeşi, 32-pen (1:0), Yayalo, 49 (1:1), Babakar, 90+3 (2:1)
