Bu gün Azərbaycan kubokunda finalçılar müəyyənləşəcək.
Korner.az-ın məlumatına görə, buna yarımfinal mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.
Günün ilk qarşılaşması Zaqatalada baş tutacaq. Burada yerli "Simurq" klubu "Qarabağ"ı qəbul edəcək. Səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olan "Simurq" finala yüksəlmək üçün bu oyunda 2 top fərqi ilə qalib gəlməlidir. Ağdam təmsilçisini isə bu görüşdə istənilən heç-heçə də qane edəcək.
21 aprel
Azərbaycan kuboku, yarımfinalın cavab oyunları
18:00. “Simurq” – “Qarabağ” 0:0
(İlk oyun – 0:1)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Mübariz Haşımov, Munis Abdullayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
Zaqatala şəhər stadionu.
19:00. “İnter” – “Neftçi” 1:2
(İlk oyun – 0:2)
Qollar: Nikolas Kanales, 27 (0:1), Arif Daşdəmirov, 37 (1:1), Baçana Sxadadze, 56 (2:1)
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Rza Məmmədov, Namiq Hüseynov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rəhim Həsənov
“İnter Arena”.
