Finalda meydana polis paltarında daxil olanlar kimlər idi?
16.07.2018 , 13:55

DÇ-2018 final mərhələsində Fransa Xırvatiya ilə qarşılaşıb. Oyun fransızların 4:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Matç gedişində meydana polis paltarında qaçan azarkeşlər daxil olub. 3 xanım və 1 oğlan “Pussy Riot” qrupunun üzvləri olub. Dünənki hərəkət siyasi məqdəsli aksiyası idi. “Pussy Riot” 2011-ci ildən fəaliyyət göstərən Rusiya femenist pank-rok qrupudur. Bu qrup yüzlərlə a aksiyalar keçirib, üzvləri dəfələrlə həbs olunub. Aksiyalar əsasən siyasi məhbuslara dəstək, femenizm, insan hüquqları, polis zorakılığı mövzularında olur.
Dünənki aksiyanın adı isə “Polis oyuna daxil olur” idi. Göydən gələn polisin mesajları isə bunlar olub:
1) Bütün siyasi məhbuslar azad olunsun!
2) Layka görə heç kəs həbs olunmasın!
3) Mitinqlərdə qanunsuz həbslərə son qoyulsun!
4) Ölkədə siyasi mübarizə üçün bərabərlik yaradılsın!
5) Yer polisi göydən gələn polislərlə əvəz edilsin!
