Final oyununun hakimləri açıqlandı
16.12.2022 , 14:21

DÇ-2022-nin finalında keçiriləcək Argentina – Fransa oyununun hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, matçı polşalı referi Şimon Marçinyak idarə edəcək.
Ona yan xətt hakimləri Pavel Sokolnitski və Tomaş Listkeviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını ABŞ-dan olan İsmail Elfat yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 18-də oynanılacaq Fransa – Mərakeş matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
