DÇ-2014-ün final oyununu idarə edəcək baş hakimin kimliyi müəyyənləşib.
Korner.az-ın məlumatına görə, Almaniya və Argentina milliləri arasında keçiriləcək matçı İtaliya Futbol Federasiyasından Nikola Ritssollinin başçılıq edəcəyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, final oyunu iyulun 13-də keçiriləcək.
