"Nyu Enqlənd Patriots" amerikan futbol komandasının oyunçusu Julian Edelmanın bir gecəlik sevgi macərası Boston əhalisini ayağa qaldırıb.
Korner.az-ın məlumatına görə, final oyunundan sonrakı gecəni Edelmanla keçirən Sabrina adlı xanım azarkeşin çəkdiyi selfini internetdə paylaşması klubun fanatlarının qəzəbinə səbəb olub.
Sosial şəbəkədə paylaşdığı fotonun altına "Bir az əvvəl Edelman ilə yatdım. Zarafat eləmirəm", – deyə yazan Sabrina insanların kəskin etirazından sonra sosial şəbəkələrdəki bütün hesablarını bağlayıb.
Edelman isə olayla bağlı hələ ki açıqlama verməyib.
