Final öncəsi “Qəbələ”də cidd itki
19.05.2019 , 16:56

“Qəbələ” klubunun əsas qapıçısı Dmitri Bezotosnı zədələnib.
Klubun “Facebook” hesabından verilən məlumata görə, qolkiper Azərbaycan Kuboku finalı oyunöncəsi isinmə məşqi zamanı sıradan çıxıb. Onun əvəzinə matça start heyətində Anar Nəzirov başlayacaq.
