Azərbaycan kubokunun final matçında qarşılaşacaq "Neftçi" – "Xəzər Lənkəran" matçının başlamasına bir neçə saat qalsa da artıq ölkənin bor nömrəli arenası olan Tofiq Bəhrəmov adına Respublika stadionunun ətrafında hər iki klubun fanatları arasında gərginlik yaşanıb.
Korner.az-a bu barədə "CaspianUltras" fanatları məlumata verib. Lənkərandan paytaxtda gələn fanatlar artıq arena ətrafındadılar. Hər iki klubun azarkeşləri arasında öncə söz atışması olub, vəziyyətin daha da gərginləşməsinə isə polislər müdaxilə ediblər.
***
Polislər bir "Neftçi" fanatını həbs ediblər.