Final matçının yeri və vaxtı dəyişdirildi
06.11.2019 , 16:57

Libertadores kubokunun final oyununun yeri və vaxtı dəyişdirilib.
Korner.az xəbər verir ki, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi, Çilidə deyil, Perunun paytaxtı Limada keçiriləcək.
Final matçının Çilidə keçirilməməsinə səbəb isə bu ölkədə olan iğtişaşlardı.
“Flamenqo” və “River Pleyt” komandaları arasında olacaq final görüşü noyabrın 24-də deyil, 23-də keçiriləcək.
