Final matçının vaxtı müəyyənləşdi
09.07.2020 , 16:46

Türkiyə kubokunun final matçının keçiriləcəyi tarix müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federadiyası məlumat yayıb.
“Trabzonspor”la “Alanyaspor” arasında baş tutacaq qarşılaşma iyulun 29-da keçiriləcək.
Atatürk Olimpiya Stadionunda keçiriləcək görüşə yerli vaxtla saat 21:30-da start veriləcək.
