Final matçının vaxtı dəyişdirildi
21.02.2020 , 20:24

Türkiyə kubokunda 2019/20 mövsümünün final oyununun yeri açıqlanıb.
Korner.az xəbər verir ki, həlledici qarşılaşma Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Matçın vaxtı dəyişdirilib. Mayın 21-nə nəzərdə tutulan final oyunu həmin ayın 5-nə keçirilib.
Kubokun yarımfinalında “Fənərbağça” “Trabzonspor”la, “Antalyaspor” isə “Alanyaspor”la qarşılaşacaq. Görüşlər martın 3-də və aprelin 21-də baş tutacaq.
