Final matçının ən yaxşısı
11.10.2021 , 18:39

İspaniya və Fransa arasında keçirilən UEFA Millətlər Liqasının final matçının ən yaxşı oyunçusu məlum olub.
Korner.az xəbər verir ki, bu fransalı hücumçu Kərim Benzemadır.
33 yaşlı forvard bu oyunda komandasının ilk qolunun müəllifi olub.
Xatırladaq ki, Fransa yığması həlledici matçda İspaniyanı 2:1 hesabıyla məğlub edərək, çempion olub.
