Final biletləri satışa çıxarıldı
22.04.2023 , 13:48

UEFA Çempionlar Liqasının bu il İstanbulda keçiriləcək final matçının biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.
Bilətlərin qiyməti 70 avrodan başlayaraq, 690 avroya qədər dəyişir.
Final görüşü iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
