"Milan"da futbol karyerasını sonlandıran Filipo İnzagi yaxın 3 il ərzində sabiq klubunu çalışdıra bilər.
Korner.az-ın məlumatına görə, 11 il Milan şəhərinin eyni adlı klubunda top qovan İnzagi məşqçilik kurslarına getməyə başlayıb.
Qeyd edək ki, italyan hazırda "Milan"ın 17 yaşlılardan ibarət futbolçularını çalışdırır.
