“Bavariya”nın kapitanı Filip Lam “Borussiya”dan (Dortmund) transfer edilən Robert Levandovskiyə təriflər yağdırdı.
Korner.az-ın məlumatına görə, alman futbolçu Levandoskidən fəxr hissi ilə bəhs edib: “Robert dünyanın ən yaxşı hücumçusudur. Mandzukiçdən daha yaxşı futbolçudur. Komandayla tez uyum göstərəcək. Mükəmməl bir heyətimiz var”.
