Fil Foden “Mançester Siti”də 200 oyun səddini keçdi
03.11.2025 , 22:30
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden karyerasında əlamətdar göstəriciyə imza atıb.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasının “Bornmut”la qarşılaşmasında (3:1) “şəhərlilər”in heyətində 200-cü oyununa çıxıb.
Gənc ulduz bu müddətdə 62 dəfə rəqib qapısına yol tapıb, 29 asist edib.
Bununla da Foden, 25 yaşınadək bu nailiyyətə çatan “Siti” tarixindəki ən gənc futbolçulardan biri kimi qeyd olunub.