Fil Foden 4-cü turda “ən yaxşı” seçildi
06.11.2025 , 21:30
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun ən yaxşı oyunçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu, “Mançester Siti”nin hücumçusu Fil Fodendir.
O, azarkeşlər arasında keçirilən səsvermədə Viktor Osimhen (“Qalatasaray”), Karlos Forbs (“Brügge”) və Mikel Merinonu (“Arsenal”) qabaqlayıb.
Qeyd edək ki, Foden “Mançester Siti”nin “Borussiya” üzərində 4:1 hesablı qələbəsində 90 dəqiqə oynayıb və 2 qol vurub.