Yenidən milli komandaya çağırılan Didier Droqbanın milliyə dönüşü qalmaqalla müşahidə olunub.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, buna səbəb Türkiyənin "Trabzonspor" klubunda oynayan digər Fil Dişili futbolçu Didier Zokoranın kapitanlığı Droqbaya vermək istəməməsi olub.
Bu hadisədən sonra Didier Zokor millinin düşərgəsini tərk edib.
