FİFA yeniyetmə futbolçunun ölümü ilə bağlı başsağlığı verdi
30.09.2020 , 13:29

FIFA ermənilərin Naftalanda mülki əhalini top atəşinə tutması nəticəsində həlak olan azyaşlı futbolçu Şəhriyar Qurbanovla bağlə AFFA-ya başsağlığı məktubu göndərib. FIFA-dan göndərilən məktubun tərcüməsini diqqətinizə çatdırırıq:
“Şəhriyar Qurbanov xatirəsinə
Bu məktubla azyaşlı futbolçu Şəhriyar Qurbanovun bu yaxınlarda dünyasını dəyişməsi ilə bağlı səmimi və dərin hüznlə başsağlığımızı ifadə etmək istərdik.
Şəhriyarın ailəsinə, Naftalan futbol klubundakı komanda yoldaşlarına, dostlarına və sevdiklərinə dərin hüznümüzü çatdırır, bu çətin zamanda sözlərimizin sülh və təsəlli verəcəyinə ümid edirik”.
