FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız yeni reytqin cədvəlində bir pillə irəliləyərək 117-ci yerə qalxıb.
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya 7-ci (-1), Rusiya 17-ci (-6), İsrail 64-cü (-2), Şimali İrlandiya 111-ci (+5), Lüksemburq isə 141-ci (+4) yeri tutur.
Siyahıya İspaniya başçılıq edir. Almaniya ikinci, Argentina üçüncü, Kolumbiya isə dördüncü pillədə qərarlaşıb.
