FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Korner.az-ın məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi milli komandamız ötən ayla müqayisədə iki pillə irəliləməyə müvəffəq olub.
Belə ki, yığmamız 286 xalla 116-cı pillədə qərarlaşıb.
DÇ-2014-dəki rəqiblərimizdən Portuqaliya 7-ci (-1), Rusiya 10-cu (0), İsrail 74-cü (-8), Şimali İrlandiya 97-ci (+5), Lüksemburq isə 151-ci (-3) yerdə qərarlaşıblar.
Siyahıya İspaniya millisi başçılıq edir. Prineylilərin ən yaxın izləyicisi Argentina millisidi. Üçüncü yerdə isə İngiltərə seçməsi qərarlaşıb.
Qeyd edək ki, növbəti reytinq cədvəli aprelin 11-də açıqlanacaq.
