FİFA və UEFA-dan “Qarabağ”ın futbolçusunun vəfatı ilə bağlı başsağlığı
11.05.2023 , 13:57

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və “Qarabağ” klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadənin vaxtsız vəfatı ilə əlaqədar FIFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
FIFA-nın prezidenti Canni İnfantino və UEFA-nın baş katibi Teodor Teodoridisin imzaladığı məktublarda futbolçunun ailəsinə, AFFA-ya, “Qarabağ” klubuna, millidə və klubda onunla birgə çıxış etmiş komanda yoldaşlarına FIFA və UEFA adından başsağlığı verilib.
Aprelin 22-də hazırlıq prosesində “Qarabağ”ın əvəzedici heyətinin müdafiəçisi Şirxan Həsənzadənin ürəyi dayanmış və xəstəxanaya yerləşdirilmişdi. O, mayın 8-də xəstəxanada vəfat edib.
