FİFA üç ölkənin üzvlüyünü dayandırdı
31.03.2022 , 18:00

FIFA üç ölkənin quruma üzvlüyünü dayandırıb.
Korner.az xəbər verir ki, bunlar Pakistan, Zimbabve və Keniyadır. Qərar bu gün Qətərdə keçirilən FIFA-nın 72-ci Konqresində qəbul edilib.
Daha əvvəl Rusiyanın FİFA-ya üzvlüyünün çıxarılması və ya dayandırılması məsələsinin səsverməyə çıxarılması ehtimalı olsa da, konqresdə bu məsələ qaldırılmayıb.
