Futbol

FIFA Türkiyə klubuna transfer qadağası qoyub

15.11.2018 , 19:53

FIFA Türkiyənin “Kayserispor” klubunu cəzalandırıb

Qurum Türkiyə təmsilçisinə transfer qadağası qoyub. Komanda buna görə qış transfer pəncərəsində yeni oyunçu ala bilməyəcək.
Səbəb “Kayserispor”un 2015-2016 mövsümündə İspaniya “Malaqa”sından heyətinə qatdığı Adnan Tiqhaduiniyə əmək haqqı kimi 150 min avronun vaxtında ödəməməsidir.
Qeyd edək ki, Adnan Tiqhaduini “Kayserispor”da cəmi 7 oyuna çıxıb.

Son yazılar

Yuxarı