FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin hazırlıq işləri ilə tanış olmaq üçün tərkibi Oliver Vogt, Nerico Digues, Kim Yew, Monika Huser, Mathew Harding, Dietmar Eufingerdən ibarət FİFA nümyəndə heyəti Bakıda səfərdədir.
Korner.az-ın məlumatına görə, səfər proqramı çərçivəsində beynəlxalq futbol qurumunun nümayəndələri AFFA Futbol Mərkəzindəki "Dalğa Arena", Tofiq Bəhramov adına Respublika stadionu, 8-ci kilometr qəsəbəsində inşası davam edən stadionda, habelə dünya çempionatının təşkilati işləri bu və ya digər şəkildə bağlılığı olan digər məkanlarda olub, hazırlıq işləri barədə məlumat əldə ediblər.
