FİFA yanlışlıqla ötən ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu “Barselona”nın futbolçusu Leonel Messidir.
Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb. Belə ki, rəsmi sayt hələ 4 gün qalmasına baxmayaraq “Qızıl top”un sahibinin Leonel Messi olacağı açıqlayıb.
Lakin sonradan səhv aradan qaldırılıb və rəsmi saytda həmin xəbər silinib.
