FİFA-nın Stadionların Sertifikatlaşdırılması üzrə Komissiyası beynəlxalq oyunları keçirməyə imkan verən sertifikatı “Şəfa” stadionuna təqdim edib.
Korner.az-ın "İnter" klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, FİFA-nın prezidenti Yozef Blatterin imzaladığı sertifikat arenaya 2 ulduzun verildiyini təsdiqləyir.
Sertifikat sentyabrın 17-dən qüvvəyə minir və 2013-cü il sentyabrın 16-dək qüvvədə olacaq.
Beləliklə, “İnter” avrokuboklara çıxdığı halda ev oyunlarını doğma stadionda keçirə biləcək.
