FİFA referisi Hikmət Qafarlı təyinat aldı
23.08.2019 , 16:09

Futzal üzrə FİFA referisi Hikmət Qafarlı təyinat alıb.
Korner.az xəbər verir ki, Qafarlı avqustun 28-dən 31-dək UEFA Çempionlar Liqasının C qrupunun oyunlarını idarə edəcək.
Yunanıstanda təşkil olunacaq qrup oyunlarında “Minerva” (İsveçrə), “Blue Magic” (İrlandiya), “Miercurea Ciuc” (Rumıniya) və AEK (Yunanıstan) klubları iştirak edəcək.
Avqustun 28-də keçiriləcək “Minerva” – AEK oyununda birinci hakim olacaq Qafarlı ertəsi gün “Minerva” – “Miercurea Ciuc” matçında üçüncü, AEK – “Blue Magic” duelində ikinci hakim olacaq.
