Bu gün İtaliyada çimərlik futbolu üzrə klublar arasında Avropa Kubokuna start verilir. Yarışda Azərbaycanı “Bakı” təmsil edir.
Korner.az-ın məlumatına görə, komandanın ilk rəqibi yerli “Terraçin” klubu olacaq. Qrupun digər oyununda isə Polşanın “Qrembax” kollektivi Litvanın “Kreyssu” komandası ilə üz-üzə gələcək.
Paytaxt klubu bu görüşə 12 oyunçu ilə yollanıb:
Qapıçılar: Vüqar Allahverdiyev, Vaqif Şirinbəyov, Elçin Qasımov;
Müdafiəçilər: Sahib Məmmədov, Əli Hüseynov;
Yarımmüdafiəçilər: Nahid Mehrəliyev, Namiq İsgəndərov, Comərd Baxşəliyev;
Hücumçular: Zeynal Zeynalov, Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov.
“Bakı”nın baş məşqçisi isə çimərlik futbolu üzrə FIFA referisi Əfqan Həmzəyevdi.