FİFA referimiz “Yuventus”un oyununda
14.10.2019 , 16:38

Azərbaycanın FIFA referiləri UEFA Gənclər Liqasının oyunlarına təyinat alıblar.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, Rəhim Həsənov oktyarbrın 23-də keçiriləcək “Liepaya” (Latviya) – “Porto” (Portuqaliya) qarşılaşmasını idarə edəcək. Ona yan xətt hakimləri Mübariz Haşımov, Rza Məmmədov köməklik göstərəcək.
Rauf Cabarov isə noyabrın 6-da oynanılacaq “Lokomotiv” (Rusiya) – “Yuventus” (İtaliya) görüşünün baş hakimi olacaq. Ona Namik Hüseynov və Pərvin Talıbov yardım edəcək.
