FİFA referisi Əliyar Ağayev U-12 liqasında oyun idarə edib
Gənc referi paytaxt regionu üzrə V tur çərçivəsində keçirilən “Neftçi” – “Keşlə” görüşündə iş başında olub. Matç 3:3 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Ə.Ağayev noyabrın 10-da 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda Avstriya – Serbiya oyununun baş hakimi olacaq.
Bundan başqa, Ə.Ağayev son vaxtlar Premyer Liqa oyunları ilə yanaşı birinci diviziondakı maçtlara da tez-tez təyinat alır. Hələlik bu təyinatların nəyə görə çoxalması, eyni zamanda Ağayevin hansı səbəbdən U-12 liqasında da oyun idarə etməsinin səbəbi bilinmir.
