Çimərlik Futbolu üzrə FİFA referimiz Əfqan Həmzəyev beynəlxalq turnirə hazırlaşır.
Bu barədə Korner.az-a hakim özü məlumat verib.
Ə. Həmzəyev saytımıza turnirlə bağlı bunları bildirdi: "Belarus Futbol Federasiyası məni rəsmi şəkildə avqustun 10-13-ü arası Belarusda keçiriləcək beynəlxalıq turnirə baş hakim kimi dəvət ediblər. Bununla yanaşı Belarus Futbol Federasiyasının rəsmiləri mənimlə birbaşa olaraq əlaqə saxladılar və çimərlik futbolu üzrə yerli hakimləri üçün 2 günlük seminar təşkil etməyimi xahiş etdilər. FİFA məni 7 ölkəyə kurator təyin etdiyi üçün bu, mənim vəzifəmdir, işimdir. Turnirlə yanaşı, iki günlük seminar keçəcəm. Turnirdə bizi Azərbaycanın "Bakı" komandası təmsil edəcək."