FİFA qurumun mayın 29-da nəzərdə tutulan prezident seçkisində dörd namizədin seçilmək hüququna malik olduğunu rəsmən elan edib.
Korner.az-ın məlumatına görə, Hollandiya Futbol Federasiyasının sədri Maykl van Praaqın, Portuqaliya millisinin və “Real”ın sabiq futbolçusu Luiş Fiqunun, İordaniya şahzadəsi Əli bin Əl-Hüsseynin və hazırkı prezident Yozef Blatterin namizədliyinin qeydə alındığı bildirilib.
