FİFA prezidenti Sepp Blatter “Qalatasaray”ın futbolçuları Ebue və Droqbanın Mandelaya təşəkkür köynəkləri geyindikləri üçün cəza almalarına görə, Türkiyə Futbol Federasiyasına əsəbləşib.
Korner.az-ın məlumatına görə, dünyanın 1 nömrəli ali futbol qurumunun rəhbəri “FİFA Weekly” jurnalının son tirajında Mandelaya həsr 11 səhifəlik yazıda “Sarı-qırmızılar”ın futbolçuların heç bir politik mesaj vermədiklərini, həmin futbolçuları heç bir şərt altında cəzalandırmağın lazım olmadığını bildirib:
“Bu politik mesaj deyil. Bu futbolçuları heç bir bəhanə ilə cəzalandırmazdım. Sadəcə bir dənə Mandela var. Ona təşəkkür etmək istəyən bir kəsi cəzalandırmaq ayrı-seçkilikdir. Nelson Mandelanı alqışlamaq və ona təşəkkür etmək hər kəsin borcudur. “
